logo
Onlar ADPU-ya müsabiqədənkənar qaydada qəbul olunublar

Onlar ADPU-ya müsabiqədənkənar qaydada qəbul olunublar

Onlar ADPU-ya müsabiqədənkənar qaydada qəbul olunublar Onlar ADPU-ya müsabiqədənkənar qaydada qəbul olunublar

2025-2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulun yekun nəticələrinə əsasən 5 nəfər Azərbaycan Dövlət Pedaqoji Universitetinə müsabiqədənkənar qaydada qəbul olunub. Qəbul olunanlardan 1 nəfəri Respublika Fənn Olimpiadalarındakı uğuruna, 4 nəfəri isə beynəlxalq idman yarışlarında əldə etdikləri yüksək nəticələrə görə bu hüququ əldə ediblər.

Bu tələbələri yaxından tanıyaq:

Şövkət Rövşən oğlu Seyidəliyev 2008 ci ildə Xaçmaz rayonunda dünyaya gəlib. C.Cabbarli adına Xaçmaz şəhər 6 saylı məktəbin 2025-ci il məzunudur. 2023-cü ildə Respublika Fənn Olimpiadasının final turunda Coğrafiya fənnindən IX sinif üzrə müsabiqədə III yeri tutub. İxtisas seçimi zamanı müsabiqədənkənar şeçim edib və ADPU-nun Tarix və coğrafiya fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olunub.

Kamran Turab oğlu Zeynalov 1992-ci ildə Sabirabad şəhər anadan olub. 2008 ildən Para-atıcılıq idman növü ilə məşğuldur. 2013 il İspaniyanın Alekante şəhərində keçirilən Avropa çempionatında 10 metr məsafədə komanda yarışında III, 2014 il İngiltərədə keçirilən dünya kubokuda fərdi yarışda I yerin qalibi olub. 2014-cü il Almaniyada keçirilən dünya çempionatında komanda yarışlarında gümüş və bürünc, 2015 ildə İngiltərədə keçirilən dünya kubokunda fərdi yarışlarda gümüş medal, 2019-cu ildə Tiflis şəhərində olimpiyaçılar arasında dünya kubokunda bürünc medal qazanıb. 2021 ildə Serbiyada qran-pri yarışlarını 10 və 50 metr məsafəyə atışlarda qızıl və bürünc, 2023-cü ildə Hanoverdə keçirilən Dünya kubokunu 3 gümüş, 1 bürünc medalla başa vurub. 2023 -cu ildə Perunun Lima şəhərində keçirilən dünya çempionuda fərdi yarışlarda I, qarışıq komanda yarışlarında II, 2024-cu ildə Serbiyada keçirilən qran-pridə fərdi yarışlarda II yerə layiq görülüb. Tokio və Paris Yay Paralimpiya Oyunlarının iştirakçısıdır. Müsabiqədənkənar qaydada ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinə qəbul olunub.

Ceyhun İlqar oğlu İsazadə 2008-ci ildə Şirvan şəhərində anadan olub. Uşaqlıqdan güləşlə məşğul olmağa başlayıb. 2018-ci ildə Olimpiya İdman Liseyi tərəfindən keçirilən birincilikdə 29 kq üzrə bürünc medal qazanıb. 2024-cü ildə keçirilən şəhər birinciliyində 55 kq çəki dərəcəsində gümüş medal qazanıb. 2023-cü ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən yunan-roma və sərbəst güləş üzrə dünya çempionatında 51 kq çəki dərəcəsi üzrə gümüş medal qazanıb. Müsabiqədənkənar qaydada ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinə qəbul olunub.

Xanhüseyn Elman oğlu Abuşov 2002-ci ildə Bakı şəhərində anadan olub. 2018-ci ildə Nizami rayonunda yerləşən idman məktəbindən məzun olub. 2021-ci ildə isə Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Sosial Pedaqoji Universitetinin Fiziki tərbiyə müəllimliyi fakültəsinə daxil olub, 2025-ci ildə təhsilini uğurla başa vuraraq ixtisas üzrə bakalavr diplomu almışdır. Uşaq vaxtlarından idmana böyük marağı yaranıb və yunan-roma güləşi ilə məşğul olmağa başlayıb. 2016-cı ildə keçirilən Azərbaycan birinciliyində yeniyetmələr arasında fərqlənərək gümüş medal qazanmışdır. Eyni ildə (2016) - İran İslam Respublikasında keçirilən ənənəvi “İman Yadigar” beynəlxalq turnirində fərdi yarışlarda 54 kq çəki dərəcəsində qızıl, komanda yarışında isə bürünc medal qazanıb. 2020-ci ildə İstanbulda keçirilən deflimpiya üzrə dünya çempionatında gənclər arasında gümüş, böyüklər arasında isə bürünc medal qazanaraq Riode Janeyrada keçirilən olimpiadaya vəsiqə qazanmışdır. 2021-ci il – 2–8 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən Eşitmə Əngəllilər arasında Yunan-Roma güləşi üzrə Dünya Çempionatında 67 kq çəki dərəcəsində çıxış etmiş, gənclər arasında gümüş, böyüklər arasında bürünc medal qazanmışdır. 2022-ci ildə Avropa çempionu olub. 2023-cü ildə Bişkekdə keçirilən dünya çempionatında yenidən gümüş medal qazanaraq Tokioda keçiriləcək olimpiadaya vəsiqə qazanmışdır.

Müsabiqədənkənar qaydada ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinə qəbul olunub.

İsmayıl Zülfü oğlu Muradov Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində alıb. azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin paracüdo idman növü üzrə komandasının əsas üzvlərindəndir. Onlarla ölkədaxili və beynəlxalq yarışlarda uğurla iştirak edib. 2022-ci ildə İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatında J1 kateqoriyası üzrə 60 kq çəki dərəcəsində bürünc medal qazanıb.Həmin ildə Paracüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin tərkibində Bakıda təşkil olunan dünya çempionatının qalibi olub. 2023-cü ildə Niderlandın Roterdam şəhərində keçirilən Avropa çempionatının bürünc medalçısıdır. Böyük Britaniyanın Birmingem şəhərində keçirilən IBSA Dünya Oyunlarının iştirakçısıdır. Müsabiqədənkənar qaydada ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinə qəbul olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin