logo
BDU tələbələrinin nəzərinə: Onlayn GNSS təlimi

BDU tələbələrinin nəzərinə: Onlayn GNSS təlimi

BDU tələbələrinin nəzərinə: Onlayn GNSS təlimi BDU tələbələrinin nəzərinə: Onlayn GNSS təlimi

Bakı Dövlət Universiteti (BDU) Tokio Universitetinin Məkan Məlumatları Elmi Mərkəzi (CSIS) ilə birgə onlayn GNSS təlimi elan edir. Təlimlər 7, 8 və 11 oktyabr 2025-ci il tarixlərində keçiriləcək.

Proqram çərçivəsində tələbələr Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər:

- GNSS peyk sistemlərinə və siqnallarına giriş

- Mövqeyin dəqiqliyi, GNSS səhvləri və ölçmə üsulları

- GNSS tətbiqləri (məsələn, nəqliyyatda tıxacların monitorinqi)

- RTKLIB proqramının istifadəsi və praktiki məşğələlər

- Qəbuledici qurğuların sazlanması və real məlumatların emalı

- Dəqiqlik analizi, yekun müzakirə və Q&A sessiyası

İştirak üçün meyarlar:

- BDU-nun bütün təhsil pillələrində təhsilalanlar üçün açıqdır

- Coğrafiya, Geodeziya, Geofizika, Yer elmləri, Mühəndislik, Fizika, Riyaziyyat və tətbiqi riyaziyyat, informatika, data elmləri və əlaqəli ixtisas və ixtisaslaşmalarda təhsilalanlar üstünlük təşkil edəcək

- Yüksək akademik göstəricilər

- GNSS, peyk texnologiyaları və məkan tətbiqlərinə maraq

- Təlimlərin bütün sessiyalarında aktiv iştirak etmək və ingilis dilində dərsləri izləmək bacarığı

Təlim haqqında məlumat:

Tarixlər: 7, 8 və 11 oktyabr 2025-ci il

Format: Onlayn (“Zoom” platforması vasitəsilə)

Təşkilatçılar: Bakı Dövlət Universiteti, Tokio Universiteti (CSIS)

Maraqlanan tələbələr iştirak üçün 3 oktyabr tarixinədək təhsil aldıqları fakültələrin dekanlığına yaxınlaşa bilərlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin