logo
BDU-da Çin Xalq Respublikasının Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüş

BDU-da Çin Xalq Respublikasının Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüş

BDU-da Çin Xalq Respublikasının Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüş BDU-da Çin Xalq Respublikasının Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüş

Çin Xalq Respublikasının təhsil nazirinin müavini Du Jianfengin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinə (BDU) rəsmi səfər edib. Səfər çərçivəsində qonaqlar Universitetin rəhbər heyəti ilə görüşüblər. Görüşdə Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli və nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Simuzər Feyzullayeva da iştirak edib.

Görüş zamanı tərəflər iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlıq, beynəlxalq tədqiqat layihələri, tələbə və müəllim mübadiləsi proqramları, eləcə də BDU-da fəaliyyət göstərən Konfutsi İnstitutunun imkanlarının genişləndirilməsi məsələlərini müzakirə ediblər. Nümayəndə heyəti Konfutsi İnstitutuna baş çəkib, institutun müəllim və tələbələri ilə görüşüb, qarşılıqlı təcrübə və təhsil imkanları haqqında ətraflı məlumat alıb.

BDU rəhbərliyi birgə layihələrin həyata keçirilməsi istiqamətində təşəbbüslərin əhəmiyyətini vurğulayıb və görüş zamanı universitetin elmi və mədəni potensialı, tələbələrin beynəlxalq təcrübəyə cəlb olunması və yeni təhsil proqramlarının hazırlanması məsələlərini geniş müzakirə edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin