https://innews.media/uploads/news/2025-10/_innews_956bb11df0bc0c48209bb89fc_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris Departamentinin nəzdində Məzun koordinasiya və karyera şöbəsinin təşkilatçılığı ilə Dövlət Əmək Müfəttişliyi Xidməti tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin aparıcı mütəxəssisi Mədinə Mirili tərəfindən Riyaziyyat fakültəsinin tələbələri üçün əməyin mühafizəsi mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirdə Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova,Əməyin Mühafizəsi Mərkəzinin aparıcı mütəxəssisi Mədinə Mirili və tələbələr iştirak ediblər.
Mərkəzin əməkdaşı tərəfindən görüşdə tələbələrə əməyin mühafizəsinin əhəmiyyəti, istehsalatda təhlükəsizliyin təmin olunması qaydaları, həmçinin əmək fəaliyyətində hüquq və vəzifələr barədə geniş məlumat verilib. Əməyin mühafizəsi qaydalarının düzgün tətbiqinin əməkdaşların sağlamlığının qorunması və istehsalatda səmərəliliyin artırılması baxımından mühüm rol oynadığını vurğulanıb.
Sonda mövzularla bağlı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandığı suallar cavablandırılıb.