logo
Aygünlə Namiqin obrazını yaratdılar, klip çəkdilər - VİDEO

Aygünlə Namiqin obrazını yaratdılar, klip çəkdilər - VİDEO

Aygünlə Namiqin obrazını yaratdılar, klip çəkdilər - VİDEO Aygünlə Namiqin obrazını yaratdılar, klip çəkdilər - VİDEO

Müğənnilər NURAN və Mehin Hümbətova Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlunun əfsanəvi dueti "Dözmədi qəlbim"i  ifa edib.

"innews media" xəbər verir  ki, mahnı Kazımovanın işıq üzü görən "Best of Aygün" albomunda yer alıb.

Xəyal Hüseynin rejissorluğu ilə ərsəyə gələn ekran işində hər iki ifaçı Aygün və Namiqin ikonikləşən obrazda kamera qarşısına keçib.

Layihənin prodüseri Elvin Elxan, ideyası isə Pəviz Hüseynə aiddir. Fotoların müəllifi Oktay Jafferdir.  

Xatırladaq ki, A.Kazımovanın sözügedən mahnısı 2004-cü ildə işıq üzü görüb. “Dözmədi qəlbim”in söz və musiqisi Namiq Qaraçuxurluya aiddir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin