logo
Beynəlxalq Ahıllar Günü münasibəti ilə tədbir keçirilib

Beynəlxalq Ahıllar Günü münasibəti ilə tədbir keçirilib

Beynəlxalq Ahıllar Günü münasibəti ilə tədbir keçirilib Beynəlxalq Ahıllar Günü münasibəti ilə tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Sosial Xidmətlər Agentliyinin və “EMEDIA GROUP” Media təşkilatçılığının birgə təşkilatçılığı ilə “Gizli Bahçe” restoranında “Müdrik ömür, dəyərli gələcək” adlı tədbir keçirilib.

1 oktyabr-Beynəlxalq Ahıllar Günü münasibətilə keçirilən tədbirdə millət vəkilləri, mədəniyyət  işçiləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışçılar ahılları bayram münasibətilə təbrik etmiş, onlara uzun ömür və sağlamlıq arzulamışlar. Çıxışlarda qeyd olunmuşdur ki, BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir. “Sosial xidmət haqqında” Qanuna əsasən, yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar. Ölkəmizdə ahıl vətəndaşlara göstərilən diqqət və qayğının əsasında Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanist və sosialyönümlü siyasət dayanır. Tədbirin əsas məqsədi yaşlı nəslin cəmiyyətimizdəki rolunu önə çəkmək, onların rifahı və sosial müdafiəsinə yönəlmiş addımları bir daha ictimaiyyətə çatdırmaq olmuşdur.

Daha sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə müğənnilərin ifasında musiqi nömrələri təqdim edilib. Sonda Ahıllara Hədiyyələr təqdim olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin