logo
ADPU-nun şəhid tələbəsinin ailəsi ziyarət edilib

ADPU-nun şəhid tələbəsinin ailəsi ziyarət edilib

ADPU-nun şəhid tələbəsinin ailəsi ziyarət edilib ADPU-nun şəhid tələbəsinin ailəsi ziyarət edilib

Sentyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) Tarix və coğrafiya fakültəsi təşkilatının təşkilatçılığı ilə fəal tələbələr Vətən müharibəsi şəhidi, fakültənin tələbəsi Firdovsi Tahirovun ailəsini ziyarət ediblər.

Ziyarət zamanı şəhidin valideynləri övladlarının həyat və döyüş yolu barədə danışıb, Firdovsi barədə xatirələrini bölüşüblər. Tələbələr F.Tahirovun timsalında şəhidlərin ruhuna dərin ehtiramlarını ifadə edib, onların uca xatirələrini daim yaşatmağın gənclərin qarşılarında böyük missiya olduğunu bildiriblər.

Qeyd edək ki, 1997-ci ildə Lerik rayonunun Dico kəndində doğulan Firdovsi Balaxan oğlu Tahirov 2015–2019-cu illərdə ADPU-nun Tarix müəllimliyi ixtisasında təhsil alıb. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

F.Tahirov göstərdiyi şücaətə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, həmçinin “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin