logo
AHK Azərbaycan tədbirində Kapital bazarlarının üstünlükləri müzakirə olundu

AHK Azərbaycan tədbirində Kapital bazarlarının üstünlükləri müzakirə olundu

AHK Azərbaycan tədbirində Kapital bazarlarının üstünlükləri müzakirə olundu AHK Azərbaycan tədbirində Kapital bazarlarının üstünlükləri müzakirə olundu

23 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjası AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun baş tutmuş görüşündə “Bizneslər üçün alternativ maliyyələşmə: Kapital bazarlarının hansı üstünlükləri var?” mövzusunda çıxış edib.

Tədbirdə Bakı Fond Birjasının (BFB) Baş Listinq məsləhətçisi Fərhad Mənsurov Azərbaycanda mütəşəkkil kapital bazarı, investisiya imkanları və yerli bazar alətləri haqqında təqdimatla çıxış edib. Eyni zamanda, BFB-nin Baş Listinq məsləhətçisi Fərhad Mənsurov AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun sədri İlkin Quliyev ilə birgə yerli bizneslərin digər maliyyələşmə və kapital bazarları vasitəsilə maliyyələşmə arasında olan fərqlər və hər birinin üstünlükləri mövzusunda diqqət çəkən fikir mübadiləsini aparıblar. Sonda bazar şəffaflığının və investorların inamının artırılması istiqamətində tənzimləyici islahatların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, yerli kapital bazarında Bakı Fond Birjasının əsas hədəflərindən biri emitentlərin daha geniş investor bazarına çıxışını təmin etmək, şəffaflığı artırmaq, maliyyə savadlılığını təşviq etmək və bazar iştirakçılığını gücləndirməklə maliyyə bazarlarında daha əlçatan mühit yaratmaqdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin