https://innews.media/uploads/news/2025-09/_innews_815849b1c93ae4b6f7945362a_o.jpg
Gələn həftə Bakıda İƏT Əmək Mərkəzinin iclası keçiriləcək
İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası və yüksək vəzifəli rəsmilərin İƏT Əmək Mərkəzinin Baş Assembleyasının 2-ci sessiyasına hazırlıq iclası olacaq.
23-24 sentyabr tarixlərində keçiriləcək tədbirlər təşkilatın fəaliyyəti ilə bağlı mühüm qətnamələrin müzakirəsi və qəbulu məqsədini daşıyır.
Tədbirlər çərçivəsində İƏT-nin Əmək Mərkəzi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa da keçiriləcək.
Xatırladaq ki, İƏT-nin Əmək Mərkəzi 2023-cü ildə Bakı şəhərində üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı zamanı təsis edilib.
İƏT-nin ən gənc institutu olan bu Mərkəz üzv ölkələrin əmək bazarının inkişafı, işçi hüquqlarının müdafiəsi, həmçinin məşğulluq imkanlarının artırılması sahələrində əməkdaşlığın genişləndirilməsində mühüm rola malikdir.