logo
MDB Oyunlarına hazırlıq xarakteri daşıyan futbol matçı keçirildi

MDB Oyunlarına hazırlıq xarakteri daşıyan futbol matçı keçirildi

MDB Oyunlarına hazırlıq xarakteri daşıyan futbol matçı keçirildi MDB Oyunlarına hazırlıq xarakteri daşıyan futbol matçı keçirildi

Qəbələ şəhər stadionunda 3-cü MDB Oyunlarına hazırlıq məqsədilə hazırlıq xarakteri daşıyan futbol matçı keçirilib.

Oyun 3-cü MDB Oyunlarının Təşkilat Komitəsi tərəfindən gerçəkləşib.

Hazırlıq görüşündə "Qəbələ"nin aşağı yaş qrupları üzrə komandaları qarşılaşıblar.

3-cü MDB Oyunları öncəsi təşkil edilən test yarışlarında təşkilati məsələlər yoxlanılır, texniki detallar sınaqdan keçirilir və təhlükəsizlik tədbirlərinin təşkili də ətraflı şəkildə yoxlanılır.

Xatırladaq ki, 3-cü MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.

3-cü MDB Oyunları çərçivəsində futbol yarışı Qəbələ şəhər stadionunda təşkil olunacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin