logo
Dünya çempionatındakı təmsilçilərimiz müəyyənləşdi

Dünya çempionatındakı təmsilçilərimiz müəyyənləşdi

Dünya çempionatındakı təmsilçilərimiz müəyyənləşdi Dünya çempionatındakı təmsilçilərimiz müəyyənləşdi

Azərbaycanın gənc cüdoçuları Perunun paytaxtı Limada dünya çempionatında iştirak edəcəklər.

Yığma mötəbər yarışda ümumilikdə 5 çəki dərəcəsində 8 idmançı ilə (6 oğlan, 2 qız) təmsil olunacaq.

Cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Oğlanlar arasında Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov (hər ikisi 66 kq), Süleyman Şükürov, (81 kq) və Ramazan Əhmədov (+100 kq) qalib olmaq üçün mübarizə aparacaq.

Qızların yarışında isə Xədicə Qədəşova və Aydan Vəliyeva (hər ikisi 52 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.

Qeyd edək ki, oktaybrın 5-dən 8-dək keçiriləcək dünya çempionatında 66 ölkədən 454 idmançı (242 oğlan, 212 qız) mübarizə aparacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media