https://innews.media/uploads/news/2025-09/_innews_49bb27c880e7c06dbe389db35_o.jpg
Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb. U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
CPSM stadionunda təşkil olunan görüş komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Xanım Əsədova hesabı açıb. Millimizin digər qolu isə 36-cı dəqiqədə avtoqol kimi qeydə alınıb.
Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.