https://innews.media/uploads/news/2025-09/_innews_f3b885f43a647662ce1ba8be1_o.jpg
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubunun apellyasiya şikayətini təmin etməyib.
Milli assosiasiyanın rəsmi saytının məlumatına görə, AFFA İntizam Komitəsinin sentyabrın 3-də verdiyi qərar qüvvədə saxlanılıb.
"Neftçi"nin futbolçusu İqor Ribeyro "Turan Tovuz"a uduzduqları Premyer Liqanın 3-cü turunun oyununda təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə almışdı. O, AFFA İntizam Komitəsinin qərarı ilə 3 oyunluq cəzalanıb, "ağ-qaralar"a isə 3000 manat cərimə tətbiq edilib.