https://innews.media/uploads/news/2025-09/_innews_587c4deb4903548022c28f6d7_o.jpg
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb. O, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.
Sentyabrın 17-də Münhen şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.