logo
"Ağıllı şəhərlərdə Kibermüharibə" yarışının final mərhələsində iştirak edəcək komandalar məlum oldu

"Ağıllı şəhərlərdə Kibermüharibə" yarışının final mərhələsində iştirak edəcək komandalar məlum oldu

"Ağıllı şəhərlərdə Kibermüharibə" yarışının final mərhələsində iştirak edəcək komandalar məlum oldu "Ağıllı şəhərlərdə Kibermüharibə" yarışının final mərhələsində iştirak edəcək komandalar məlum oldu

9-10 oktyabr 2025-ci il tarixində təşkil olunacaq "CIDC-2025" ("Critical Infrastructure Defence Challange") tədbiri çərçivəsində keçirilən “Ağıllı şəhərlərdə kibermüharibə” yarışının seçim mərhələsi uğurla başa çatmışdır.

Dövlət qurumlarının, bankların, kritik infrastrukturların, provayder və operatorların, eyni zamanda təhsil müəssisələrinin ümumilikdə 47 komandasının qatıldığı "Ağıllı şəhərlərdə Kibermüharibə" yarışının onlayn mərhələsi cari ilin 12 sentyabr tarixində saat 09.00-dan 18.00-dək davam etmişdir. Komandaların onlayn seçim turunda əldə etdikləri nəticələrinə uyğun olaraq ən yüksək nəticə göstərmiş və final mərhələsinə keçən iştirakçıların sıralaması aşağıdakı kimidir:

1.⁠ ⁠Dövlət Gömrük Komitəsi - 0 and 1

2.⁠ ⁠"Kapital Bank" ASC – Bir Sec

3.⁠ ⁠İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi – Digital Rangers

4.⁠ ⁠Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi – Dopamine

5.⁠ ⁠"Delta Telecom" LTD – NetGhosts

6.⁠ ⁠"AzInTelecom" MMC – RedBox

7.⁠ ⁠SOCAR – UEIB

8.⁠ ⁠Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) – k3rnel.exe

9.⁠ ⁠Daxili İşlər Nazirliyi (KMBİ) – CyberPolice

10.⁠ ⁠Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – Great Return

11.⁠ ⁠Bakı Ali Neft Məktəbi – BHOSWARE

12.⁠ ⁠"Caspel" MMC – Caspel Warriors

13.⁠ ⁠Dövlət Mühafizə Xidməti – Iron Fist

14.⁠ ⁠"Expressbank" ASC – Xpr3ss1337

15.⁠ ⁠"Azercell Telecom" MMC – Cybercell

16.⁠ ⁠Deloitte – Kaktus22

17.⁠ ⁠"Azerconnect Group" – CyberConnect

18.⁠ ⁠Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi – CyberDOST

19.⁠ ⁠"Azərbaycan Dəmir Yolları" QSC – Agent.EXE

20.⁠ ⁠Dövlət Su Ehtiyatları Agentliyi – CyberSee

Bu ilki “kibermüharibə” yarışında ölkə təcrübəsini öyrənmək və yarışda iştirak üçün 5 xarici ölkə komandasının da iştirakı təsdiqlənmişdir:

1.⁠ ⁠Birləşmiş Ərəb Əmirlikləri

2.⁠ ⁠Özbəkistan

3.⁠ ⁠Moldova

4.⁠ ⁠Qırğızıstan

5.⁠ ⁠Tacikistan

Final mərhələsində iştirak edəcək 25 komanda öz gücünü 9-10 oktyabr tarixlərində fiziki məkanda – Bakı Konqres Mərkəzində "kibermüharibə" şəraitində sınayacaqdır.

Bütün komandalara uğurlar arzu edirik!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin