logo
Havada toz dumanı müşahidə edilir

Havada toz dumanı müşahidə edilir

Havada toz dumanı müşahidə edilir Havada toz dumanı müşahidə edilir

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib ki, dispers toz hissəcikləri Xətai rayonunda 1,5 dəfə,  Nizami rayonunda isə 2,4 dəfə  normadan yüksək qeydə alınıb.

“Sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcək”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media