logo
“Çatışmayan cəhətlərimizin üzərində çalışacağıq”

“Çatışmayan cəhətlərimizin üzərində çalışacağıq”

“Çatışmayan cəhətlərimizin üzərində çalışacağıq” “Çatışmayan cəhətlərimizin üzərində çalışacağıq”

Misli Premyer Liqasının III turunun “Araz-Naxçıvan” – “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

“Əvvəlcə "Qarabağ"ı və keçmiş komandam "Kayrat"ı Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Oyuna gəlincə, rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bu mövsüm avrokuboklarda çıxış etdilər. Artıq 3-cü oyundur ki, qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik. Bu, bir çox futbolçularımızın təcrübəsinin olmaması ilə əlaqədardır. Amma məndə geri çəkilmək yoxdur. Çatışmayan cəhətlərimizin üzərində çalışacağıq”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin