logo
Uşaq incəsənət məktəblərində təhsil haqqı kəskin artırıldı: Valideynlər narazılıq edir, Nazirlik susur

Uşaq incəsənət məktəblərində təhsil haqqı kəskin artırıldı: Valideynlər narazılıq edir, Nazirlik susur

Uşaq incəsənət məktəblərində təhsil haqqı kəskin artırıldı: Valideynlər narazılıq edir, Nazirlik susur Uşaq incəsənət məktəblərində təhsil haqqı kəskin artırıldı: Valideynlər narazılıq edir, Nazirlik susur

Azərbaycanda uşaq incəsənət məktəblərində ödənişli təhsil qiymətləri kəskin artırılıb.

“PostMedia” xəbər verir ki, artıq bununla bağlı məktəblərdə valideynlərə xəbərdarlıq edilib. Onlar bunun Mədəniyyət Nazirliyi tərəfindən verilmiş göstəriş olduğunu açıqlayıblar.

Məlumatda qeyd edilir ki, ödənişli təhsil alan uşaqlar üçün ödənişlər 2 dəfəyədək artırlıb.

Bu isə ixtisasdan asılı olaraq aylıq ödənişin 100-150 manata qədər yüksəlməsi deməkdir.

Eyni zamanda təhsil haqlarının yığılma qaydası da dəyişib. Belə ki, bu günə qədər aybaay ödənilən vəsaitlərin ildə iki dəfə yığılması göstərişi verilib.

Qeyd edək ki, uşaq incəsənət məktəblərində qiymətlərdə hər il artım müşahidə edilib. Amma bu artım indiki kimi kəskin yəni 2 dəfə deyil, əvvəlki illərlə müqayisədə daha az məbləğdə olub.

Qərardan narazı olan valideynlərə o da bildirilib ki, bu Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ötən həftə məktəblərə göndərilən qərardır.

Narazı valideynlər hesab edir ki, övladları 90-dan yuxarı bal toplasa da qəsdən onları ödənişli təhsilə yönəldiblər və kəskin qiymət artımı ilə paralel olaraq yarımillik ödəniş bəri başdan istənilir.

Qurumun sosial şəbəkə hesablarında olan paylaşımların altında da valideynlərin kütləvi narazılığını görmək mümkündür. Amma bu şərhələrə Nazirlik tərəfindən hər hansı cavab verilməyib.

Məsələ ilə bağlı “PostMedia” Mədəniyyət Nazirliyinə sorğu verilib. Amma hələlik qurum rəsmi mövqeyini açıqlamayıb.

Mövzu ilə bağlı Nazirliyin rəsmi mövqeyini dərc etməyə hazırıq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qəbulu və qeydiyyat müddəti 12 sentyabr saat 18:00-dək uzadılıb.

Qeyd edək ki, namizədlər tələb olunan sənədləri “MyCulture” şəxsi kabineti üzərindən sistemə yükləməklə qəbulunu təsdiqləyə bilərlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin