https://innews.media/uploads/news/2022-10/_innews_e7e736f4d13dadf44d814b9c2_o.jpg
01 oktyabr Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsinin Sabunçu rayonu üzrə ilk seçim turu keçirilib. Müsabiqənin ilk seçim turunda 3 yaş qrupu üzrə (6-10,11-15, 16-18) ümumilikdə 90 nəfər iştirak edib.
Münsiflər heyətində Xalq artisti Təranə Muradova, Əməkdar artist Rəşad Haşımov, Əməkdar artist Elçin Allahverdiyev, Əməkdar artist Gülməmməd Şahverdiyev və rəssam- dizayner Ruhiyyə Əliyeva iştirak ediblər.
Qeyd edək ki, “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsi oktyabr-dekabr aylarında keçirilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd rəqsdə inkişaf etdirmək, rəqs sənətinin qədim ənənələri qoruyub saxlamaq, milli çalarların təfsirinə yeni vüsət vermək, bu sənətin təbliğini genişləndirmək, həmçinin istedadları aşkar etmək, onların peşəkar inkişafının istiqamətləndirməkdir.
Müsabiqənin növbəti seçim turu 15 oktyabr saat 12:00-da Suraxanı rayonu üzrə Əmircan qəsəbə Mədəniyyət evində keçiriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin