logo
"Mexanikada yeni trendlər" Beynəlxalq konqresi Qubada davam edir

"Mexanikada yeni trendlər" Beynəlxalq konqresi Qubada davam edir

"Mexanikada yeni trendlər" Beynəlxalq konqresi Qubada davam edir "Mexanikada yeni trendlər" Beynəlxalq konqresi Qubada davam edir

Sentyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Pedaqoji Universitetlə Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin (TUMTMK) birgə təşkilatçılığı ilə 2-5 sentyabr tarixlərində təşkil olunan “Mexanikada yeni trendlər” (New Trends in Mechanics) I Beynəlxalq elmi konqresi və 24-cü Milli Mexanika Konqresinin paralel sessiyaları keçirilib.

Beynəlxalq konqresin Təşkilat Komitəsinin üzvləri, əvvəlcə, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşüb və Ümummilli Lider Heydər Əliyevin Quba şəhərindəki abidəsi ziyarət olunub.

Filialda keçirilən plenar iclasda çıxış edən Təşkilat Komitəsinin həmsədrləri - ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və TUMTMK-nın sədri professor Mehmet Omurtag, Quba rayonundan seçilmiş deputat profesor Əlibala Məhərrəmzadə, ADPU-nun Quba filialının direktoru, Təşkilat Komitəsinin yerli üzvü professor Yusif Alıyev beynəlxalq konqresin əhəmiyyətinə toxunaraq, sessiyalarda təqdim olunacaq məruzələrin, aparılacaq müzakirələrin region alimləri üçün dünya tətbiqi mexanika elmində əldə olunan son nailiyyətlərlə tanış olma və elmi inteqrasiyanın güclənməsi işinə mühüm töhfə verəcəyini vurğulayıblar.

Daha sonra prof. Asəf Zamanov, pfof. Abdulla Avey, prof. Nəzmiyə Yahnioğlu və prof. Nihal Eratlının sədrliyi ilə keçirilən paralel sessiyalarda müxtəlif ölkələrdən olan alim və tədqiqatçılar maşın öyrənməsi və mexanika prosesləri, cisimlərin mexanikası, kompozit materiallar mexanikası, optik, şüa və dalğa hərəkətləri, müxtəlif mühitlərdə titrəyiş hərəkətləri kimi mövzularda apardıqları tədqiqatlarla bağlı məruzələrlə çıxış ediblər.

Sessiya müzakirələrindən sonra konqres iştirakçılar üçün sosial proqramla davam edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin