https://innews.media/uploads/news/2025-09/_innews_2a57557231e6ea5847155a0b8_o.jpg
17-21 sentyabr tarixlərində Bolqarlstanın Sofiya şəhərində keçiriləcək yarışda ölkəmizi “Birbaşa Bakı”, “Zirə” və “Aznur” komandaları təmsil edəcək.
Artıq klublarımızın rəqibləri də məlumdur. Çempionlar Liqasının son qalibi olan təmsilçimiz “Birbaşa Bakı” F qrupunda “Red Star”(Serbiya), “Porto”(Portuqaliya), ARRV (Rumınya) komandaları ilə mübarizə aparacaq. Ölkə çempionatının gümüş mükafatçısı “Zirə” isə C qrupunda Afula (İsrail),MF 22 (Slovakiya) və Rooftop Budapest (Macarıstan) kollektivləri ilə yarışacaq.
Çempionlar Liqasındakı daha bir təmsilçimiz “Aznur” G qrupunda Kayrat (Qazaxıstan), Oviedo (İspaniya) və Hoverla Praqa (Çexiya) komandaları ilə qarşılaşacaq.