logo
“Xəzərin mirvarisi - Buzovna qayaları” layihəsinə start verilir

“Xəzərin mirvarisi - Buzovna qayaları” layihəsinə start verilir

“Xəzərin mirvarisi - Buzovna qayaları” layihəsinə start verilir “Xəzərin mirvarisi - Buzovna qayaları” layihəsinə start verilir

Buzovna qayalıqlarının ekoloji və tarixi əhəmiyyətini tanıtmaq, ictimai mühitə qarşı sosial məsuliyyət hissini artırmaq, sənət vasitəsilə təbiət və insan arasındakıəlaqəni göstərmək, təbiət abidələrinin qorunmasına çağırış etmək məqsədilə həyata keçiriləcək “Xəzərin mirvarisi – Buzovna qayalığı” layihəsinə start verilir.

"innews media" xəbər verir ki, bu layihə Buzovna, habelə digər Bakı kənd sakinlərindən ibarət ekoloji könüllülər komandası olan Tarixi Abidələr Könüllüləri ilə birgə həyata keçiriləcək. Layihəçərçivəsində Buzovna sahilindəki tarixi qayalıqların ekoloji və mədəni dəyərinə diqqət çəkmək əsas hədəflərdən biridir. Layihənin icrası “Plenerdə rəsm”, “Konseptual yanaşma”, “Hesabat sərgisi” başlıqları altında mərhələli şəkildə nəzərdə tutulur. 

İlkin mərhələ olan “Plenerdə rəsm” 31 avqust tarixində Buzovna dənizkənarı qayalıqları Dövlət Təbiət Abidəsi ərazisində təşkil olunacaq. Bu mərhələdə bir çox təcrübəli rəssamlar ilə yanaşı, Bakı Gənclər Mərkəzi və Xəzər Gənclər Evinin gənc rəssamları da qeyd olunan ərazidə etüdlər işləyərək sözügedən tarixi qayalıqların gözəlliyini və üzləşdiyi ekoloji problemləri əsərlərində əbədiləşdirəcək.

Plenerdə iştirak edəcək rəssamlar:

Rəfayel Muradov
Arif Əziz
Arif Hüseynov
Vüqar Əli
İlqar Əkbərov
⁠Gündüz Hunlar
Mir Azər Abdullayev
Nailə Əhmədova
⁠Polad Məmmədov
Namiq Cavad
Əsma Cavad
⁠Vüqar Muradlı
⁠Pəri Miniatür
Günel Ravilova
Təranə Vaqifqızı
Şəbnəm Karaca
Elşən Karaca
⁠İlqar Tahiri
⁠Qalib Mirzəliyev
Aydın Əsgərov
Sahib Yaqubov
Alina İqnatova Yaqubova
Nərmin Bəhməzova
İnara Nazarli
⁠Məryəm Məmmədova
⁠İsgəndər Məmmədov 
⁠Nəzrin Məmmədova
Ülkər Hümmətzadə
⁠Leyla Quliyeva
⁠Rufanə Dünyamalıyeva
⁠Zəhra Bağırlı
⁠Billurə Ələkbərli
⁠Nisə Həsənli
⁠Humay Bayramova
⁠Sibel Əsgərova
⁠Günel Babayeva
⁠ Ceyhun Qasımzadə
⁠Arifə Mahmudlu
⁠Ziya Sadiqov
⁠Nigar Cəlilova
⁠ Nihad Məmmədli
⁠Aysu Süleymanlı
⁠Nurcan Dadaşova
⁠Asəf Kərimov
⁠Arzu Qarazadə

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin