logo
BDU-da "Azərbaycan filmləri XXI əsrin yaddaşında" adlı intellektual yarış

BDU-da "Azərbaycan filmləri XXI əsrin yaddaşında" adlı intellektual yarış

BDU-da "Azərbaycan filmləri XXI əsrin yaddaşında" adlı intellektual yarış BDU-da "Azərbaycan filmləri XXI əsrin yaddaşında" adlı intellektual yarış

Bakı Dövlət Universitetinin (BDU)  Kitabxanaçılıq-informasiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin könüllülərinin birgə təşkilatçılığı ilə "Azərbaycan filmləri XXI əsrin yaddaşında" adlı intellektual yarış keçirilib.

Yarışın keçirilməsində məqsəd milli-mənəvi dəyərləri özündə birləşdirən Azərbaycan filmləri haqqında tələbələri maarifləndirmək, onların dünyagörüşlərinin formalaşmasına yardım etməkdir.

Ümumilikdə 12 fakültənin tələbələrinin iştirak etdiyi yarışda I yeri Kimya, II yeri Beynəlxalq münasibətlər və iqtisadiyyat, III yeri isə Kitabxanaçılıq-informasiya və Filologiya fakültələrinin komandaları qazanıb.

Sonda qalib komandalara sertifikat və mükafatlar təqdim olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media