https://innews.media/uploads/news/2025-08/_innews_14a62e2d5abb099b967164d33_o.jpg
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.
B qrupunun I turu çərçivəsində sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
Qeyd edək ki, U-21 milli komandamız sentyabrın 9-da seçmə mərhələnin ikinci turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.