https://innews.media/uploads/news/2025-08/_innews_397cd3ccb6c1bbfdd7b06796a_o.jpg
Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan-Daştatük-Biləsər avtomobil yolunun təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1.5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.