https://innews.media/uploads/news/2025-08/_innews_4a46f0a000f7877152d352e7b_o.jpg
AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə Naxçıvanda UEFA C kursunun birinci mərhələsi keçirilir.
Kursun açılışında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və NFF-nin baş katibi Raqif Abbasov da iştirak ediblər. AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən keçirilən birinci modula iyulun 24-də yekun vurulacaq.
Qeyd edək ki, UEFA C kursunun növbəti mərhələləri avqust və sentyabr aylarında təşkil olunacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin