logo
AFFA rəsmisi ilk dəfə Çempionlar Liqasına təyinat aldı

AFFA rəsmisi ilk dəfə Çempionlar Liqasına təyinat aldı

AFFA rəsmisi ilk dəfə Çempionlar Liqasına təyinat aldı AFFA rəsmisi ilk dəfə Çempionlar Liqasına təyinat aldı

AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan 2025/2026-cı illər mövsümü üçün ilk təyinatı alıb.

O, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dinamo” (Minsk, Belarus) – “Lüdoqorets” (Bolqarıstan) görüşünün UEFA nümayəndəsi olacaq. Bu, AFFA rəsmisinin karyerasında kişilər arasında qitənin ən nüfuzlu klub turnirinə ilk təyinatıdır. Z.Ağayeva daha əvvəl qadınların Çempionlar Liqasında 2 matça təyinat alıb.

Qeyd edək ki, “Dinamo” ilə “Lüdoqorets” arasında iyulun 16-da təşkil olunacaq cavab qarşılaşması Mezököveşt şəhərində baş tutacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media