https://innews.media/uploads/news/2025-08/_innews_73037a9da18aaa66490bf7d38_o.jpg
2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçu keçidini reallaşdırıb. Komandamız son mövsümü Danimarkanın "Veyle" klubunda keçirmiş sabiq yarımmüdafiəçimiz Masaki Murata ilə 2 illik anlaşma imzalayıb. Murata "Sumqayıt" FK-nın heyətində "71" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Masaki Murata 2022/23 mövsümünün ikinci yarısı və 2023/24 mövsümündə komandamızın heyətində ümumilikdə 54 oyun keçirib. O, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.