logo
Sübhan Mamedov Dünya kubokunda yarımfinala vəsiqə qazanıb

Sübhan Mamedov Dünya kubokunda yarımfinala vəsiqə qazanıb

Sübhan Mamedov Dünya kubokunda yarımfinala vəsiqə qazanıb Sübhan Mamedov Dünya kubokunda yarımfinala vəsiqə qazanıb

Qazaxıstanın paytaxtı Astanada boks üzrə Dünya kuboku davam edir. Yarışın üçüncü günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.

1/4 finalda Sübhan Mamedov (50 kq) Samet Gümüşlə (Türkiyə) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Nəticədə boksçumuz adını yarımfinala vəsiqə qazanıb. O, bununla özü üçün ən azı bürünc medalı təmin edib. Mamedov yarımfinalda qazaxıstanlı Sanjar Taşkenbayla üz-üzə gələcək. Görüş iyulun 5-də olacaq.

Qeyd edək ki, 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya kubokunda 1/4 final mərhələsinin döyüşləri davam edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media