logo
Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq

25 mindən çox təhsilalanı özündə birləşdirən Bakı Dövlət Universiteti (BDU) 16 fakültə, 119 kafedra, SABAH Mərkəzi, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir avadanlıqlarla təchiz edilmiş 5 elmi-tədqiqat mərkəzi və 22 elmi-tədqiqat laboratoriyası, 24 tədris laboratoriyası,  2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 4 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi və s. ilə elm-təhsil inteqrasiyasının genişləndirilməsində mühüm rol oynayır.

Son illər Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, “You Will Speak” Dil Mərkəzi, “Eko Məkan”, “Tələbə məkanı”nın fəaliyyətə başlaması, “Code Academy” layihəsi çərçivəsində ən müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı üzrə bilik və bacarıqlarını artırmaları üçün şəraitin yaradılması tələbələrdə elmə və təhsilə daha böyük maraq yaradır.

BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün mühüm addımlar atılır. BDU ilə İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), Çin Xalq Respublikasının Anhui Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti və L.N.Qumilyov adına Avrasiya Milli Universiteti kimi nüfuzlu universitetlər arasında bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində ikili diplom proqramları həyata keçirilir.

Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. BDU-nun bakalavriat səviyyəsində 2025/2026-cı tədris ili üzrə “Xüsusi pedaqogika” ixtisası açılıb. İxtisas Sosial elmlər və psixologiya fakültəsində tədris olunacaq.

Əziz abituriyentlər, sizi elmin sirlərinə BDU-da yiyələnməyə, BDU ailəsinin üzvü olmağa dəvət edirik!

BDU-da 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslar:

Geologiya fakültəsi

6005006 – Geologiya

6006010 - Geologiya və geofizika mühəndisliyi

6006033 - Mədən mühəndisliyi

6006030 - Meliorasiya mühəndisliyi

Coğrafiya fakültəsi

6005003 – Coğrafiya

6001003 - Coğrafiya müəllimliyi

6006011 - Geomatika və geodeziya mühəndisliyi

6005007 – Hidrometeorologiya

6008008 - Turizm işinin təşkili

Ekologiya və torpaqşünaslıq fakültəsi

6005004 – Ekologiya

6007008 - Torpaqşünaslıq və aqrokimya

6007009 - Yerquruluşu və daşınmaz əmlakın kadastrı

6006007 - Ekologiya mühəndisliyi

Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

6005009 - Kompüter elmləri

6001010 - İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi

6006017 - İnformasiya təhlükəsizliyi

Mexanika-riyaziyyat fakültəsi

6005011 – Riyaziyyat

6001015 - Riyaziyyat müəllimliyi

6005010 - Mexanika

Fizika fakültəsi

6005005 – Fizika

6001005 - Fizika müəllimliyi

6006034 - Mühəndis fizikası

Kimya fakültəsi

6005008 – Kimya

6006020 - Kimya mühəndisliyi

6001011 - Kimya müəllimliyi

Biologiya fakültəsi

6005001 – Biologiya

6001002 - Biologiya müəllimliyi

6005013 - Su bioehtiyatları və akvakultura

6005002 – Biotexnologiya

6007005 - Bitki mühafizəsi

6006023 - Qida mühəndisliyi

Hüquq fakültəsi

6002007 - Hüquqşünaslıq

Jurnalistika fakültəsi

6002009 - Jurnalistika

Filologiya fakültəsi

6001001 - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

6001004 - Dil və ədəbiyyat müəllimliyı (rus dili və ədəbiyyatı üzrə)

6002006 - Filologiya (alman dili və ədəbiyyatı)

6002006 - Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

6002006 - Filologiya (fransız dili və ədəbiyyatı)

6002006 - Filologiya (ingilis dili və ədəbiyyatı)

6002006 - Filologiya (rus dili və ədəbiyyatı)

Sosial elmlər və psixologiya fakültəsi

6002013 – Psixologiya

6002015 – Sosiologiya

6008006 - Sosial iş

6002005 - Fəlsəfə

6001021 - Təhsildə sosial-psixoloji xidmət

6001008 - Xüsusi pedaqogika

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

6002001 - Beynəlxalq münasibətlər

6002004 - Dövlət və ictimai münasibətlər

6002012 – Politologiya

6004004 – İqtisadiyyat

6004001 - Beynəlxalq ticarət və logistika

6004005 - Maliyyə

6004002 - Biznesin idarə edilməsi

6004007 – Menecment

6005012 - Statistika

Tarix fakültəsi

6002016 – Tarix

6001018 - Tarix müəllimliyi

6002014 - Regionşünaslıq (Qafqaz ölkələri üzrə)

6002014 - Regionşünaslıq (Amerika üzrə)

İnformasiya və sənəd menecmenti fakültəsi

6002010 - Kitabxanaçılıq və informasiya fəaliyyəti

6003012 - Muzey, arxiv işi və abidələrin qorunması

Şərqşünaslıq fakültəsi

6002006 - Filologiya (ərəb dili və ədəbiyyatı)

6002006 - Filologiya (fars dili və ədəbiyyatı)

6002006 - Filologiya (türk dili və ədəbiyyatı)

6002006 - Filologiya (Çin dili və ədəbiyyatı)

6002014 - Regionşünaslıq (Çin üzrə)

6002014 - Regionşünaslıq (ərəb ölkələri üzrə)

6002014 - Regionşünaslıq (İran üzrə)

6002014 - Regionşünaslıq (İsrail üzrə)

6002014 - Regionşünaslıq (Koreya üzrə)

6002014 - Regionşünaslıq (Pakistan üzrə)

6002014 - Regionşünaslıq (Türkiyə üzrə)

6002014 - Regionşünaslıq (Yaponiya üzrə)

6002017 - Tərcümə (ərəb dili üzrə)

6002017 - Tərcümə (fars dili üzrə)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin