https://innews.media/uploads/news/2025-07/_innews_37ad9534e688902e51fa1935e_o.jpg
Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksi tərəfindən Cənubi Koreyanın Muju şəhərində 2-10 iyul tarixlərini əhatə edən beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək.
Dünyanın 10-dan çox ölkəsindən 40 parataekvondoçunun xüsusi dəvət ilə qatıldığı təlim-məşq toplanışında paralimpiyaçılarımız Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) da iştirak edəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin