logo
Ağdamda mərhum idmançı Elçin Mahmudovun xatirəsinə karate turniri keçiriləcək

Ağdamda mərhum idmançı Elçin Mahmudovun xatirəsinə karate turniri keçiriləcək

Ağdamda mərhum idmançı Elçin Mahmudovun xatirəsinə karate turniri keçiriləcək Ağdamda mərhum idmançı Elçin Mahmudovun xatirəsinə karate turniri keçiriləcək

28 iyun 2025-ci il tarixində Ağdam Olimpiya İdman Kompleksində uşaqlar, yeniyetmələr və gənclər arasında karate turniri təşkil olunacaq.

Yarış Qarabağ Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək və mərhum idmançı Elçin Mahmudovun xatirəsinə həsr olunub.

Turnirin məqsədi gənc karateçilər arasında sağlam rəqabəti təşviq etmək, bölgədə idmanın inkişafına töhfə vermək və Azərbaycanın karate idman növündə görkəmli adlar sırasında yer alan Elçin Mahmudovun xatirəsini yaşatmaqdır.

Yarışda müxtəlif yaş qruplarından olan idmançıların iştirakı gözlənilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media