logo
Zülfiyyə Xanbabayeva “DreamFest”in xüsusi qonağı oldu

Zülfiyyə Xanbabayeva “DreamFest”in xüsusi qonağı oldu

Zülfiyyə Xanbabayeva “DreamFest”in xüsusi qonağı oldu Zülfiyyə Xanbabayeva “DreamFest”in xüsusi qonağı oldu

Xalq artisti Zülfiyyə Xanbabayeva Qafqazın ən böyük musiqi festivalı “DreamFest”in özəl qonağı olub.

Sənətçi təntənəli tədbirə özəl hazırlaşıb, onu səhnədə musiqiçilər və 8 rəqqas müşayiət edib.

Estrada ulduzunun performansı qədər səhnə obrazı da diqqət çəkib. O, səhnəyə məşhur dizayner Rüfət İsmayıl  tərəfindən hazırlanmış qara  libasda çıxıb.

Çıxışı zamanı Xanbabayeva iki mahnı səsləndirib.

Onlardan biri son zamanlar hitə çevrilən “Mənə bir xəbər göndər”, digəri isə hələ təqdim etməyə hazırlaşdığı “Öyrəndim sevməyə” adlı yeni mahnısı olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media