logo
Camilla Ruslan Əhmədoğlunun sonuncu bəstəsini ifa etdi : “Boş Yerə” - VİDEO

Camilla Ruslan Əhmədoğlunun sonuncu bəstəsini ifa etdi : “Boş Yerə” - VİDEO

Camilla Ruslan Əhmədoğlunun sonuncu bəstəsini ifa etdi : “Boş Yerə” - VİDEO Camilla Ruslan Əhmədoğlunun sonuncu bəstəsini ifa etdi : “Boş Yerə” - VİDEO

Müğənni Camilla mərhum tanınmış bəstəkar Ruslan Əhmədoğlunun ölümündən öncə yazdığı son bəstəsini ifa edib.

innews.media xəbər verir ki, ifaçı bəstəkarın müəllifi olduğu “Boş yerə” adlı mahnıya ekran həyatı da verib. 

Yeni mahnısı haqda danışan müğənni bəstənin onun üçün çox qiymətli olduğunu deyib:

 “Bu mahnı mənə bir ömür onun ölümünü xatırladacaq. Amma onun xatirəsi əbədi bu mahnılarda yaşayacaq. O da istəyirdi ki, bəstələri yaşasın. Dillərdə əzbər olsun, sevilsin. Ruslanın bir çox mahnıları yarımcıq qaldı. Nə xoş ki, mənə də Ruslan Əhmədoğlunun ürəyindən gələn sözlərlə bəstələnən mahnıları oxumaq qismət olub”. 


Bundan başqa Camilla bildirib  ki, mərhumun sözügedən son bəstəsinə çəkilən klip  öz ad  gününə özəl olaraq təqdim olunmalı idi. Lakin bəstəkarın ölümündən sonra mahnının təqdimatı təxirə salındı.
 
Camillanın sözlərinə görə o, R.Əhmədoğlunun “Boş yerə” adlı son bəstəsini dostları, ailəsi və sevənlərinin istəklərini nəzərə alaraq təqdim edib.  

Qeyd edək ki,  klip Qaradağda çəkilib. Çəkiliş meydançaaında xüsusi dekor qurulub. İfaçının maraqlı stilinin ön plana çıxarıldığı klipin rejissoru Tural Xəlilovdur.

 Model Emil Mehdiyev  ilə tərəf müqabili olan ifaçının staylinqini yenə də Kryolan İlhamə edib. 

Müğənninin maraqla qarşılanan tacın müəllifi isə dizayner İlahə Məmmədovadır (Əliyeva). 

Layihənin PR meneceri Elton Hacıyevdir.  

 Pop ulduzun yeni işi bütün musiqi platformalarında, klip isə sənətçinin rəsmi “Youtube” kanalında nümayış olunur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media