https://innews.media/uploads/news/2025-07/_innews_f0d65306217f76c5f9dca3cd5_o.jpg
İyulun 13-də Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının dəstəyi və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə “Shahdag Running Fest” qaçış yarışı keçirilib.
Yarışda 600-ə yaxın həvəskar atlet qələbə uğrunda mübarizə aparıb.
Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Pakistan, Küveyt, Ukrayna, Birləşmiş Krallıq və Avstriyanı təmsil edən idmançılar 53, 27 və 9 kilometr məsəfələr üzrə yarışıblar.
Birinciliyin qalibləri təşkilatçılar tərəfindən medallar və hədiyyələrlə təltif olunublar.
Ən son xəbərləri səhifəmizdən də izləyin