logo
Yeni nəşr: “Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri beynəlxalq reytinqlərdə”

Yeni nəşr: “Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri beynəlxalq reytinqlərdə”

Yeni nəşr: “Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri beynəlxalq reytinqlərdə” Yeni nəşr: “Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri beynəlxalq reytinqlərdə”

AR Elm və Təhsil Nazirliyinin  İqtisadiyyat İnstitutunun Maliyyə, pul-kredit siyasəti şöbəsinin aparıcı elmi işçisi Tanrıverdi Paşanın “Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri beynəlxalq reytinqlərdə” adlı analitik-statistik bülleten çapdan çıxıb.

Nəşr Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının Beynəlxalq Reytinq Təşkilatlarının dünya ölkələri üzrə tərtib etdikləri ən vacib reytinq və indeks göstəricilərini əhatə edən məlumatların toplanılması və təhlili əsasında hazırlanıb.

Məlumdur ki, əksər beynəlxalq reytinq təşkilatları tərəfindən hər il ölkə iqtisadiyyatının real vəziyyəti müsbət dəyərləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları ölkəmizin iqtisadi inkişaf modelini yüksək qiymətləndirirlər. Ən əsası Azərbaycan ən istehsalçı ölkə kimi mövqeyini möhkəmləndirir.

Bülletendə əsas mikroiqtisadi göstəricilər, dövlət xərcləri və vergilər, neft ehtiyatları və neft hasilatı, enerji və ətraf mühit, beynəlxalq ticarət və investisiyalar, iqtisadi azadlıq, bank sisteminin sabitliyi, demoqrafiya kimi məsələlərə aydınlıq gətirilir, bəzi iqtisadi-statistik məlumatların beynəlxalq və milli səviyyələrdə müqayisəsi aparılır.

İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru həmin institutun şöbə müdiri iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva, rəyçiləri elmi katib iqtisad elmləri doktoru  Leyli Allahverdiyeva  və aparıcı elmi işçi iqtisad üzrə fəlsəfə doktoru, dosent Ələsgər  Sarıyevdir.

Yeni nəşr elmi işçilər, ali məktəb müəllimləri, magistr və doktorantlar, iqtisadçı ekspert və mütəxəssislər üçün nəzərdə tutulub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin