logo
Azərbaycanın FIFA referisi Avropa çempionatının yarımfinal oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Avropa çempionatının yarımfinal oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Avropa çempionatının yarımfinal oyununa təyinat alıb Azərbaycanın FIFA referisi Avropa çempionatının yarımfinal oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

O, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsində keçiriləcək İngiltərə - Niderland oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi isə yunanıstanlı Vasilios Fotias olacaq.

İyunun 25-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl Avropa çempionatında Çexiya - İngiltərə (1:3), Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib, Almaniya - İtaliya görüşündə (3:2) isə dördüncü hakim olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media