https://innews.media/uploads/news/2025-07/_innews_6bbea6f1045d858c607a9cd27_o.jpg
“Turan Tovuz” futbol komandası heyətini yeni transferlə gücləndirib. Klubdan innews.media-ya verilən məlumata görə, bölgə təmsilçisi Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareş ilə 3 illik müqavilə imzalayıb.
“Benfika” futbol akademiyasının yetirməsi olan 26 yaşlı yarımmüdafiəçi son olaraq Rumıniyanın “Buzau” klubunda çıxış edib. O, karyerası ərzində Portuqaliyanın aşağı yaş qrupları üzrə yığmalarının da formasını geyinib.
Tavareş daha əvvəl “Moreyrense”, “Torreense” və “Familikau” kimi Portuqaliya klublarında da çıxış edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin