logo
Meksika mediasında cənab Elçin Əmirbəyovun Meksikaya səfəri ilə əlaqədar silsilə məqalələr dərc olunub

Meksika mediasında cənab Elçin Əmirbəyovun Meksikaya səfəri ilə əlaqədar silsilə məqalələr dərc olunub

Meksika mediasında cənab Elçin Əmirbəyovun Meksikaya səfəri ilə əlaqədar silsilə məqalələr dərc olunub Meksika mediasında cənab Elçin Əmirbəyovun Meksikaya səfəri ilə əlaqədar silsilə məqalələr dərc olunub

Meksikanın dövlət qurumları, parlamenti, akademik çevrələri və ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri arasında geniş yayılan “Mundo Internacional” jurnalının növbəti buraxılışında Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi cənab Elçin Əmirbəyovun Meksikaya işgüzar səfəri zamanı alınmış geniş müsahibə, habelə onun Meksika Senatının sədri Xerardo Fernandez Noronya ilə görüşü və Meksika Xarici Əlaqələr Nazirliyinin nəzdində fəaliyyət göstərən Matias Romero İnstitutunda mühazirəsi ilə bağlı məqalələr dərc olunub. 

Müsahibədə E.Əmirbəyov Azərbaycanın Latın Amerikası regionundakı ölkələrlə əlaqələrinə böyük əhəmiyyət verdiyini, Meksikanın Azərbaycan üçün vacib tərəfdaş olduğunu və səfərinin iki ölkə arasında mövcud siyasi dialoqa töhfə vermək məqsədi daşıdığını bildirib. Qeyd olunub ki, Azərbaycan ilə Meksika arasında iqtisadiyyat, ticarət, enerji, mədəniyyət, turizm, təhsil, elm, idman, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Ölkələrimiz arasında nümunəvi parlamentlərarası münasibətlər fonunda hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları arasında fəal əməkdaşlıq əlaqələri formalaşıb.

E.Əmirbəyov Ermənistanla sülh prosesi barədə danışıb, 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi bir fürsətin yarandığını, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sazişin layihəsinin mətni üzrə müzakirələrin tamamlandığını qeyd edib. Eyni zamanda sazişin imzalanmasına mane olan amillərdən söz açıb. Bunlar arasında Ermənistan Respublikasının konstitusiyasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarının mövcudluğu kimi sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamların, habelə Minsk Qrupu kimi öz əhəmiyyətini itirmiş təsisatların ləğv edilməsi zərurətinin olduğu vurğulanıb.

Bundan əlavə məqalədə bildirilib ki, Azərbaycan son illərdə bir sıra beynəlxalq tədbirlərə, o cümlədən COP29-a ev sahibliyi edib. Bu miqyasda qlobal tədbirin ölkəmizdə təşkili, Azərbaycanın bu işin öhdəsindən uğurla gəldiyi vurğulanıb. Hazırda COP29 zamanı əldə edilmiş nailiyyətlərin davamlılığını təmin etməyin vacibliyi qeyd olunur.

Azərbaycanın çoxşaxəli xarici siyasət kursu, Avropa və Asiya arasında strateji mərkəz kimi Cənubi Qafqaz regionunda önəmli tərəfdaş rolunu oynaması, multikulturalizm dəyərləri barədə danışılıb.

Meksika Senatın sədri Xerardo Fernando Noronya ilə keçirilmiş görüş barədə məqalədə hər iki tərəfin əlaqələrin daha da inkişafında maraqlı olduğu vurğulanıb. Öz növbəsində E.Əmirbəyovun iki ölkə arasında parlamentlərarası əlaqələrin səviyyəsindən məmnunluq ifadə etməsi, Ermənistan ilə sülh müqaviləsinin  imzalanması ilə bağlı cari vəziyyət, buna mane olan amillər barədə qarşı tərəfi məlumatlandırması qeyd olunur.

Dərc edilmiş digər məqalə E.Əmirbəyovun Meksika Xarici Əlaqələr Nazirliyinin nəzdində fəaliyyət göstərən Matias Romero İnstitutunda tələbələr, akademik dairələrin üzvləri, diplomatlar və dəvət olunmuş digər qonaqlar qarşısında verdiyi mühazirəyə həsr olunub. Bildirilib ki, E.Əmirbəyov mühazirəsində Azərbaycan–Meksika əlaqələrinin inkişafı, Cənubi Qafqazda geosiyasi dəyişikliklər və Ermənistanla sülh prosesi kimi üç mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib, onların çoxsaylı suallarını cavablandırıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin