logo
BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru Ahmet Köse ilə görüşüb. Görüşdə təhsil, elm və texnologiya sahələrində əməkdaşlıq imkanları, o cümlədən müxtəlif layihələrin dəstəklənməsi müzakirə olunub.

Rektor Elçin Babayev BDU-nun innovasiya yönümlü fəaliyyəti, tələbələrin qazandığı uğurlar və rəqəmsal bacarıqların artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Ahmet Köse isə T3 Fondunun Azərbaycandakı təşəbbüsləri və gələcək planları haqqında danışıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin