https://innews.media/uploads/news/2025-07/_innews_6c0ae7ec82a47dd06d12b8b5b_o.jpg
Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı əsasında iyulun 11-də avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək. Yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək.
Reqlamentə əsasən açıq Bakı çempionatında idmançılar akademik avarçəkmə və kanoedə 1 nəfərlik qayıqda 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Kayak qayığında isə avarçəkənlər 500 metr məsafədə həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda çempionluq uğrunda yarışacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin