https://innews.media/uploads/news/2025-07/_innews_821558cea7b4947177c606256_o.jpg
"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, müdafiəçi Akim Zedadka ilə 2 illik müqavilə imzalanıb.
Fransalı oyunçu, karyerası ərzində ölkəsində "İstr" (2014-2015), "Lans" (2016-2017), "Sen-Remuaz" (2017-2018), "Marinyan" (2018-2019), "Klermon" (2019-2022), "Lill" (2022-2025), "Oser" (2022-2023), İspaniyada "Saraqosa" (2024) və Polşada "Pyast"ın (2025) formasını geyinib.
Zedadka "Sabah"da "80" nömrəli formada çıxış edəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin