logo
Həbib və İslam Qurban Qurbanovla görüşdülər

Həbib və İslam Qurban Qurbanovla görüşdülər

Həbib və İslam Qurban Qurbanovla görüşdülər Həbib və İslam Qurban Qurbanovla görüşdülər

Tanınmış rusiyalı MMA ulduzları Həbib Nurməhəmmədov və İslam Maxaçev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirində qonaq qismində iştirak etmək üçün Azərbaycana gəliblər.

Bu barədə "MMA Azərbaycan" məlumat yayıb.

Onlar bu gün “Qarabağ”ın bazasında olublar. MMA ulduzları Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşüblər.

Qeyd edək ki, H.Nurməhəmmədov yüngül çəkidə UFC-nin sabiq çempionudur. 2021-ci ildə karyerasını bitirən rusiyalı keçirdiyi 29 görüşün hamısında qalib gəlib.

İ.Maxaçev də yüngül çəkidə UFC-nin sabiq çempionudur. Karyerasını davam etdirən idmançı keçirdiyi 28 döyüşün 27-də rəqiblərini məğlub edib.

Xatırladaq ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Gecənin əsas görüşündə Camal Hill və Halil Rountri üz-üzə gələcəklər. Azərbaycanı turnirdə Tofiq Musayev, Rafael Fiziyev və Nazim Sadıxov təmsil edəcəklər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media