logo
Mərakeşli parlament nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Mərakeşli parlament nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Mərakeşli parlament nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib Mərakeşli parlament nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Ölkəmizdə səfərdə olan Mərakeş Krallığı parlamentinin Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi  üzrə tematik parlament qrupunun sədr müavini Hasan Umribtin başçılıq etdiyi nümayəndə heyəti  iyunun 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, tər çiçəklər düzüb.

Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüb. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin