logo
Təntənəli çəkiölçmə mərasimi azarkeşlər üçün açıq olacaq - UFC

Təntənəli çəkiölçmə mərasimi azarkeşlər üçün açıq olacaq - UFC

Təntənəli çəkiölçmə mərasimi azarkeşlər üçün açıq olacaq - UFC Təntənəli çəkiölçmə mərasimi azarkeşlər üçün açıq olacaq - UFC

20 iyun 2025-ci il tarixində Bakıda keçiriləcək “UFC Fight Night: Hill vs Rountree Jr.” döyüş həftəsində azarkeşləri daha bir möhtəşəm tədbir – təntənəli çəkiölçmə mərasimi gözləyir.

Saat 17:00-dan etibarən UFC döyüşçüləri səhnəyə çıxaraq, azarkeşlərin suallarını cavablandıracaqlar. Tədbir Baku Crystal Hall-da baş tutacaq və azarkeşlər üçün açıq olacaq.

Saat 18:00-da isə oktaqonda qarşılaşacaq döyüşçülərin təntənəli çəkiölçmə mərasimi başlayacaq. Üzləşmə mərasimi baş tutacaq və döyüş öncəki son açıqlamalar veriləcək. 

Qapılar saat 16:30-da açılacaq. Media nümayəndələri girişdə qeydiyyatdan keçməlidirlər.

UFC azarkeşlərini möhtəşəm atmosfer, canlı ünsiyyət və unudulmaz həyəcan gözləyir!

Giriş sərbəstdir.

UFC Fight Night həftəsinin ən həyəcanlı tədbirini canlı yaşamaq fürsətini əldən verməyin!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media