logo
Millimiz Ukrayna ilə bu stadionda qarşılaşacaq

Millimiz Ukrayna ilə bu stadionda qarşılaşacaq

Millimiz Ukrayna ilə bu stadionda qarşılaşacaq Millimiz Ukrayna ilə bu stadionda qarşılaşacaq

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

D qrupunun 4-cü turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq.

Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, millimiz Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media