https://innews.media/uploads/news/2025-06/_innews_31f9946d2a453508ef42e6ae5_o.jpg
"Qarabağ" braziliyalı müdafiəçi Dani Boltla razılaşdığını açıqlayıb.
Ağdam təmsilçisi ilə Portuqaliyanın “Torrense” komandası arasında aparılan danışıqlar uğurla nəticələnib.
25 yaşlı oyunçu ilə "3+1" illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.
Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.
Ən son xəbərləri səhifəmizdən də izləyin