https://innews.media/uploads/news/2025-06/_innews_c015b7da9aa69b7dea3a36ff5_o.jpg
2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetini (BDU) 6000-dən çox təhsilalan bitirir.
Ümumilikdə fəaliyyət göstərdiyi dövr ərzində BDU 200 min nəfərdən artıq mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib.
BDU-da hazırda 16 fakültədə 1500 nəfərlik professor-müəllim heyəti çalışır, 25000-dən çox tələbə təhsil alır.
Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 6 elmi-tədqiqat mərkəzi, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec və “Gənc istedadlar” liseyi fəaliyyət göstərir.
Bakalavr səviyyəsində 75 ixtisas, magistratura səviyyəsində 243 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.