logo
Nigar Camaldan Vaqif Mustafazadəyə ehtiram - VİDEO

Nigar Camaldan Vaqif Mustafazadəyə ehtiram - VİDEO

Nigar Camaldan Vaqif Mustafazadəyə ehtiram - VİDEO Nigar Camaldan Vaqif Mustafazadəyə ehtiram - VİDEO

Müğənni Nigar Camal Azərbaycanın caz və musiqi dühası Vaqif Mustafazadənin ölməz bəstəsi “Bizi yollar səsləyir”ə özünəməxsus yanaşma ilə yeni nəfəs verib.

Yeni versiya həm klassik ruhu qoruyur, həm də Nigar Camalın səsi və təqdimatı ilə müasir musiqi duyumuna toxunur.

“Vaqif Mustafazadənin melodiyası zamanlar arasında körpüdür və mən bu körpüdən sevgi ilə keçmək istədim,” – deyə Nigar Camal bildirib.

Nigar mahnı üçün kamera qarşısına da keçib. O, ekran işində iki obrazda olub.

Qeyd edək ki, sözləri Fikrət Qocaya, musiqisi Vaqif Mustafazadəyə aid mahnı “Caspian Media Group” tərəfindən ekranlaşdırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media