https://innews.media/uploads/news/2025-06/_innews_78133e80c8b62ebc064468b56_o.jpg
Azərbaycanın milli aviadaşıyıcısı AZAL avqust ayından etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək. İlk reys 2 avqust tarixində həyata keçiriləcək.
Uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Ürgənc özünəməxsus kolorit, mədəni atmosfer və ab-havası ilə səyahətsevərlərin maraq göstərdiyi şəhərlərdən biridir. Bu marşrut komfortlu səyahət üçün əlavə imkanlar yaradır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.